Partlayış Moskvadakı hündürmərtəbəli binaların birində baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər qonşu mənzillərdəki sakinləri təxliyə ediblər. Partlayışa səbəb mikrodalğalı soba olub və yanğınla nəticələnməyib.
Qeyd edək ki, hadisə zamanı ev sahibləri mənzildə olmasalar da, partlayış itkisiz ötüşməyib. Belə ki, mənzildə olan 2 pişik, 1 it sağ qalmayıb. Tısbağa isə möcüzə nəticəsində ölməyib.
L.Tağıyeva
çap et