525.Az

Venesuelada həbsxanada iğtişaş - 5 ölü


 

Venesuelada həbsxanada iğtişaş -<b style="color:red"> 5 ölü</b>

Venesuelanın Miranda əyalətindəki həbsxanada iğtişaş baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Penitensiar Xidmətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ştatın yüksək təhlükəsizlik rejimli Yare həbsxanasında məhbuslar arasında mübahisə iğtişaşa çevrilib. İnsident nəticəsində 5 məhbusun həyatını itirdiyi və Baş Prokurorluğun iğtişaşın dəqiq səbəblərini müəyyən etmək üçün təhqiqat başlatdığı bildirilib.

Həbsxanada yaranan xaotik vəziyyət səbəbindən ailə ziyarətlərinin dayandırıldığı da əlavə olunub.

İbrahim Cəfərov

 





23.04.2026    çap et  çap et