525.Az

Nigeriyada terror hücumu - 11 nəfər həlak olub


 

Nigeriyada terror hücumu - <b style="color:red"> 11 nəfər həlak olub</b>

İŞİD terror təşkilatının Qərbi Afrika qolu ISWAP Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror hücumu həyata keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Nigeriya ordusu Bornoda ISWAP-a qarşı əməliyyatlara başlayıb. Əməliyyatda 30 terrorçunun öldürüldüyü, onlarla silahlının isə yaralandığı qeyd edilib.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də “Boko Haram” və ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.

İbrahim Cəfərov

 





23.04.2026    çap et  çap et