525.Az

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb


 

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,79% azalaraq 4,715.4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,54% azalaraq 76,53 ABŞ dolları təşkil edib.

 





23.04.2026    çap et  çap et