525.Az

"Bitcoin" ucuzlaşıb


 

"Bitcoin" ucuzlaşıb<b style="color:red"></b>

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən azalma müşahidə olunub.

525.az xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,38% azalaraq 77 951 dollar səviyyəsində qərarlaşıb.

İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 1,72% ucuzlaşaraq 2 348 dollar olub.

Digər əsas kriptovalyutalar arasında BNB 0,92% azalaraq 636 dollar, XRP 2,48% geriləyərək 1,41 dollar, Solana 2,12% azalaraq 86 dollar, Dogecoin isə 1,10% enərək 0,096 dollar səviyyəsinə düşüb.

Stabil kriptovalyutalar arasında Tether 0,01% artaraq 1 dollar, USD Coin isə dəyişməyərək 0,9997 dollar səviyyəsində qalıb.

 





23.04.2026    çap et  çap et