525.Az

DSMF I rübdə 48 mindən çox elektron arayış verib


 

DSMF I rübdə 48 mindən çox elektron arayış verib<b style="color:red"></b>

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 48 386 elektron arayış alınıb.

525.az bu barədə Fonda istinadən xəbər verir.

Bu arayışların 21 051-i pensiya, 14 759-u müavinət və təqaüd, 7 283-ü fərdi şəxsi hesab, 2 254-ü ünvanlı dövlət sosial yardımı, 460-ı ünvanlı dövlət sosial yardımı ödənişləri, 440-ı sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 139-u əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

 





23.04.2026    çap et  çap et