525.Az

Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı


 

Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı<b style="color:red"></b>

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya kubokunda növbəti qələbəsini qazanıb.

525.az xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.

 





23.04.2026    çap et  çap et