525.Az

Slovakiya Rusiyaya qarşı sanksiya paketinin qəbuluna mane olmayacaq


 

Slovakiya Rusiyaya qarşı sanksiya paketinin qəbuluna mane olmayacaq<b style="color:red"></b>

"Drujba" boru kəməri ilə neft tədarükünü  bərpa edən Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməsinə mane olmağı dayandıracaq.

525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və Avropa işləri naziri Yuray Blanar bildirib.

“Aİ-dəki daimi nümayəndəmizə neftin fasiləsiz və razılaşdırılmış həcmdə tədarükü halında 20-ci Aİ sanksiya paketinin qəbul edilməsi üçün yazılı proseduru bloklamamağı tapşırdım”, - nazir deyib.

Daha əvvəl Aİ Şurasının Kipr sədrliyi Rusiyaya qarşı 20-ci sanksiya paketinin və Kiyev üçün 90 milyard avro maliyyələşdirmənin Aİ səfirləri tərəfindən təsdiqləndiyini bəyan edib. Yazılı prosedurdan sonra tezliklə xarici işlər nazirləri səviyyəsində təsdiqləmə olacaq.

Pərvanə Sultanova

 





23.04.2026    çap et  çap et