İran milli komandası 2026-cı il Dünya Kubokunda iştirak etməyə hazırlaşır və bunun üçün bütün lazımi tədbirlər görülüb.
525.az xəbər verir ki, bu barədə Associated Press İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohaceraniyə istinadən məlumat yayıb.
"Gənclər və İdman Nazirliyi milli futbol komandamızın 2026-cı ildə ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirak etməyə tam hazır olduğunu açıqlayıb. Komandanın uğurlu və layiqli çıxışını təmin etmək üçün bütün lazımi tədbirlər görülüb", - o deyib.
Aprelin 21-də İranın idman naziri Əhməd Donyamali təhlükəsizliyin kifayət qədər təmin edildiyi təqdirdə, milli komandanın turnirdə iştirak də biləcəyini, hələlik yekun qərarın verilmədiyini deyib.
Pərvanə Sultanova
çap et