525.Az

Azərbaycanda kibertəhlükəsizlik sahəsində normativ-hüquqi baza genişləndirilə bilər


 

Azərbaycanda kibertəhlükəsizlik sahəsində normativ-hüquqi baza genişləndirilə bilər<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüşüb.

525.az-a bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edilib.

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışılıb.

 





23.04.2026    çap et  çap et