ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında mina yerləşdirən bütün gəmilərin məhv edilməsinə əmr verib.
525.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.
“Mən Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinə əmr etmişəm ki, Hörmüz boğazının sularına mina yerləşdirən istənilən gəmini - kiçik olanlarını belə məhv etsinlər. (Onların dəniz gəmilərinin hamısı, 159-u dənizin dibindədir!).
Tramp deyib ki, heç bir tərəddüd olmamalıdır.
“Eyni zamanda minaaxtaranlarımız artıq boğazdakı minaları təmizləyirlər. Mən bu işin davam etdirilməsini əmr edirəm, amma üçqat artırılmış səviyyədə”, - Ağ Ev lideri yazıb.
Pərvanə Sultanova
çap et