525.Az

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib


 

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib<b style="color:red"></b>

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı sərmayələrin, ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov arasındakı görüşdə aparılıb.

"Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq", - M.Cabbarov qeyd edib.

 





23.04.2026    çap et  çap et