525.Az

Rəhim Həsənov hakimin doğru qərar verdiyini təsdiqlədi


 

Rəhim Həsənov hakimin doğru qərar verdiyini təsdiqlədi<b style="color:red"></b>

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

525.az xəbər verir ki, o, baş hakim Rəvan Həmzəzadənin "Qarabağ"ın qapıçısı Mateus Koxalskiyə qırmızı vərəqə verilməsi, həmçinin matçın sonlarına yaxın mübahisəli penalti epizodu ilə bağlı doğru qərarlar verdiyini təsdiqləyib. 

Qeyd edək ki, qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 





23.04.2026    çap et  çap et