Danimarkanın paytaxtı Kopenhagendən təxminən 40 kilometr şimalda, Hillerod və Kagerup şəhərlərini birləşdirən xətdə iki qatar toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Hələlik qatarların hansı səbəbdən toqquşduğu məlum deyil.
Hadisə yerindən görüntülərdə qatarların ön hissələrinə ciddi ziyan dəydiyi görünür.
Qəza yerində yaralılara ilkin tibbi yardım göstərilib, daha sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəzadan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları sövq edilib. Təhlükəsizlik məqsədilə mühasirəyə alınan ərazidə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Toqquşmanın səbəbləri ilə bağlı geniş araşdırma başlanıb.
İbrahim Cəfərov
çap et