“40 il öncənin Bakının nəqliyyat xəritəsinə baxanda şəhərdə elektrik nəqliyyatının əsl intibah dövrü görünür - tramvay, troleybus, metro və şəhərətrafı dəmiryol vahid sistem kimi işləyirdi. Bu, sadəcə nəqliyyat deyil, düzgün qurulmuş şəhər modelinin göstəricisi idi”.
Bunu nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a bildirib. Ekspert vurğulayıb ki, 2025-2030-cu illəri əhatə edən dövlət proqramı artıq təsdiq olunmuşdur və bu proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə tədbirlər nəzərdə tutulur. Buraya həm relsli nəqliyyatın inkişafı, həm də avtomobil yollarının təkmilləşdirilməsi daxildir:
"Xüsusilə, dairəvi və radial yolların tikintisi, şəhərdaxili əlaqələndirici yolların yaradılması planlaşdırılır. Lakin bu layihələrin effektivliyi yalnız kompleks şəkildə həyata keçirildiyi təqdirdə mümkün olacaq".
Sevinc Qarayeva
çap et