525.Az

“Dənizçinin səyahəti” və “Aforizm çələngi” üçün İmza günü


 

“Dənizçinin səyahəti” və “Aforizm çələngi” üçün İmza günü<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Əli Cəfəroğlunun “Dənizçinin səyahəti” və “Aforizm çələngi” kitablarının İmza günü keçirilib.

“Dənizçinin səyahəti” kitabında yazıçının son dövrlərdə yazdığı povest və hekayələri toplanıb. Povestdə Avropa və Asiyanın müxtəlif ölkələri haqqında maraqlı məlumatlar verilib, hekayələrdə isə doğma yurda məhəbbət, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sevgi hissləri öz əksini tapıb. “Aforizm çələngi” kitabında isə yazıçının müxtəlif illərdə qələmə aldığı aforizmlər yer alıb.

 Tədbiri giriş sözü ilə açan “Ulduz” jurnalının redaktor müavini, yazıçı Təranə Vahidqızı qonaqları salamladıqdan sonra Əli Cəfəroğlunun yaradıcılığı haqqında danışıb: “Əli Cəfəroğlu qələmini ədəbiyyatın müxtəlif sahələrində sınayıb. “Aforizm çələngi” kitabında toplanan aforizmlər onun ruhundan, qələmindən süzülüb”.

Təqdimat mərasimində İntiqam Qasımzadə, Qulu Ağsəs, Güləmail, Cığatel, Həyat Şəmi, Əkbər Qoşalı, Əhməd Mustafayev, Dayandur Sevgin və başqa ədəbiyyat adamları çıxış edərək, təqdim olunan kitablar haqqında öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər, yazıçıya yaradıcılıq uğurları arzulayıbıar.

Tədbirin sonunda çıxış edən Əli Cəfəroğlu İmza gününün keçirilməsində xidməti olanlara, iştirakçılara təşəkkürünü bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.

 

 





22.02.2015    çap et  çap et