525.Az

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 faizdən çox azalıb


 

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 faizdən çox azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 15 milyon 30 min ABŞ dolları təşkil edib.

525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Son 1 ildə Azərbaycanın İsrailə ixracının dəyəri 57,7 % azalaraq 5 milyon 72 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2,7 dəfə artaraq 9 milyon 958 min ABŞ dolları olub.

Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub. O cümlədən, İsrailə ixrac ümumi ixracın 0,1 %-ni, İsraildən idxal isə ümumi idxalın 0,2 %-ni təşkil edib.

 





24.04.2026    çap et  çap et