“İspaniya hökuməti NATO ilə tam əməkdaşlığa sadiqdir”.
525.az xəbər verir ki, bunu ölkənin Baş naziri Pedro Sançes Pentaqonun İranla müharibəyə dair mövqeyinə görə İspaniyanın NATO-dan uzaqlaşdırılmasını nəzərdə tutan daxili yazışmaları barədə danışarkən bildirib.
“Bizim mövqeyimiz aydındır: müttəfiqlərlə tam əməkdaşlıq, lakin həmişə beynəlxalq hüquq çərçivəsində", - Baş nazir deyib.
Əlavə edib ki, hökumət elektron poçt yazışmaları ilə deyil, rəsmi sənədlərlə işləyir.
Pərvanə Sultanova
çap et