525.Az

Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib


 

Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib<b style="color:red"></b>

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kəlbəcər şəhərində rayon sakinlərini qəbul edib.

525.az nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 





24.04.2026    çap et  çap et