525.Az

Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib -  ADY


 

Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib - <b style="color:red"> ADY</b>

Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.

525.az-a bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".

 





24.04.2026    çap et  çap et