525.Az

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 153 nəfər saxlanılıb


 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 153 nəfər saxlanılıb<b style="color:red"></b>

Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

525.az-a bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

 





25.04.2026    çap et  çap et