525.Az

“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı


 

“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı<b style="color:red"></b>

Sabah Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçına artıq 6000 bilet satılıb.

525.az-n məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl “Neftçi” azarkeşləri üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

“Neftçi” klubu bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün azarkeşlərə “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlməyi tövsiyə edir.

 





25.04.2026    çap et  çap et