525.Az

Gələn həftə intensiv yağış yağacaq


 

Gələn həftə intensiv yağış yağacaq<b style="color:red"></b>

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





25.04.2026    çap et  çap et