525.Az

Böyük Britaniyanın hərbi bazasında yanğın


 

Böyük Britaniyanın hərbi bazasında <b style="color:red"> yanğın</b>

Dünən gecə Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin Fordorddakı bazasında yanğın olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 1 mərtəbəli təsərrüfat binasına ciddi ziyan dəyib.

Alov qısa zamanda onlarla yanğınsöndürən tərəfindən söndürülüb. Qatı tüstüyə görə ətrafdakı yaşayış məntəqələrinin sakinlərinə qapı-pəncərələri bağlamaları, bayıra çıxmaları tövsiyə olunub. Anqarlar, təyyarələr, uçuş zolaqları ziyan görməyib.

Qeyd edək ki, yanğının hansı səbəbdən başlandığı bəlli deyil, araşdırma aparılır.

L.Tağıyeva

 





27.04.2026    çap et  çap et