525.Az

Hakim meydandakı bütün oyunçuları qovdu


 

Hakim meydandakı bütün oyunçuları qovdu<b style="color:red"></b>

Rusiya Kontinental Hokkey Liqasının pley-off mərhələsində maraqlı an baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Qaqarin Kubokunun yarımfinal mərhələsində "Lokomotiv" - "Avanqard" ikinci qarşılaşmasında yaşanıb.

Belə ki, 1-ci hissənin sonunda hakim meydandakı oyunçuların hamısını dava-dalaş saldıqları üçün meydandan qovub. Ədalət təmsilçisi yalnız "Avanqard"ın qapıçısı Nikita Serebryakova toxunmayıb. 

Qeyd edək ki, oyun "Avanqard"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da "Avanqard" 5:2 hesabla qalib gəlmişdi.

Yeri gəlmişkən, reqlamentə əsasən 4 qələbə qazanan komanda mərhələnin qalibi olacaq.

L.Tağıyeva

 





27.04.2026    çap et  çap et