Macarıstanda 16 illik hakimiyyətdən sonra 12 aprel seçkilərində uduzan “Fides” partiyasının lideri, sabiq baş nazir Viktor Orban parlament üzvü olmaqdan imtina edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib.
“Mənim indi parlamentə deyil, vətənpərvərlik hərəkatının yenidən təşkilinə ehtiyacım var”, - deyə Orban qeyd edib.
O, proporsional seçki yolu ilə millət vəkili seçildiyini, lakin bu hüququndan imtina etdiyini vurğulayıb.
Xatırladaq ki, Orban 1990-cı ildən Macarıstan parlamentinin üzvü idi. Onun yoxluğunda parlamentdəki partiya qrupunun rəhbərliyini Qergeli Qulyas icra edəcək.
Macarıstan parlamentinin yeni səlahiyyət müddəti mayın 9-da başlayacaq.
İbrahim Cəfərov
çap et