Yaponiyanın Hokkaydo adasında 6.2 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına deyilir.
Səhər saatlarında baş verən zəlzələ Tokaçi bölgəsinin şimalında, 83 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra xəsarət alan olmayıb. Həmçinin hər hansı dağıntı qeydə alınmayıb.
Eləcə də zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
İbrahim Cəfərov
çap et