525.Az

Çin ABŞ-ı sanksiyalardan sui-istifadəni dayandırmağa çağırıb


 

Çin ABŞ-ı sanksiyalardan sui-istifadəni dayandırmağa çağırıb<b style="color:red"></b>

“Çin ABŞ-ı sanksiyalardan sui-istifadə etmək kimi qanunsuz təcrübəsinə son qoymağa çağırır”.

525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Lin Jian ABŞ-ın "İranla əlaqələr" səbəbindən Çin neft emalı zavoduna qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirərəkən deyib.

Diplomat vurğulayıb ki, Çin davamlı olaraq beynəlxalq hüquqa əsaslanmayan birtərəfli, qanunsuz sanksiyalara qarşı çıxır. O əlavə edib ki, Pekin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.

Pərvanə Sultanova

 





27.04.2026    çap et  çap et