525.Az

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib


 

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib<b style="color:red"></b>

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 





27.04.2026    çap et  çap et