Somali sahillərində naməlum cinayətkar qruplaşma yük gəmisinə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Donanmasının nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımaçılığı Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
İnsident Qarakada şəhərindən 6 dəniz mili məsafədə baş verib. Piratlar gəmini ələ keçirdikdən sonra onunla birlikdə Somali istiqamətində yoxa çıxıblar.
Qeyd edək ki, UKMTO bir neçə gün əvvəl Mareyo şəhərindən 45 dəniz mili şimal-şərqdə piratların tankerə hücum etdikləri barədə də məlumat yaymışdı. Tankerdə 18,5 ton yanacaq və 17 heyət üzvü var idi. Yeri gəlmişkən, bu, 2011-ci ildən bu yana Somali sahillərində gəmilərə edilən ilk pirat hücumu idi.
L.Tqğıyeva
çap et