525.Az

"Ölkədə nağdsız iqtisadiyyat tədricən genişlənir” - Ekspert rəyi


 

"Ölkədə nağdsız iqtisadiyyat tədricən genişlənir” - <b style="color:red">Ekspert rəyi</b>

"Kredit kartlarının sayında müşahidə olunan azalma əhalinin borclanmaya daha ehtiyatlı yanaşması deməkdir. Digər tərəfdən bu bankların kredit siyasətində daha konservativ mövqe tutması ilə izah oluna bilər”.

İqtisadçı ekspert Asif İbrahimov bunu 525.az-a söyləyib. Ekspertin fikrincə, hər iki halda bu tendensiya müəyyən risklərin azalması baxımından mənfi qiymətləndirilməyə də bilər:

“Ümumi mənzərəyə baxdıqda, bu göstəricilər ölkədə nağdsız iqtisadiyyatın tədricən genişləndiyini deməyə əsas verir. Bununla belə, daha dəqiq nəticə əldə etmək üçün kartlardan aylıq istifadə intensivliyi, regionlar üzrə fərqlər və ümumi ödəniş dövriyyəsində nağdsız əməliyyatların payı kimi əlavə indikatorların da təhlili vacibdir”.

Sevinc Qarayeva 
 

 





28.04.2026    çap et  çap et