525.Az

Hakan Fidan Xorvatiyaya səfər edəcək


 

Hakan Fidan Xorvatiyaya səfər edəcək<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində keçiriləcək 11-ci Üç Dəniz Təşəbbüsü (TSİ) Zirvə Toplantısında iştirak etmək üçün Xorvatiyaya səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. O, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

11-ci TSİ Zirvəsi Türkiyənin ötən il keçirilən Varşava Zirvə Toplantısında “Strateji Tərəfdaş” olaraq qəbul edildikdən sonra iştirak edəcəyi ilk zirvə olacaq.

Hakan Fidanın sammitdə çıxışı nəzərdə tutulub.

İbrahim Cəfərov

 





28.04.2026    çap et  çap et