525.Az

İndoneziyada qatar qəzası - 4 ölü, 38 yaralı


 

İndoneziyada qatar qəzası - <b style="color:red"> 4 ölü, 38 yaralı</b>

İndoneziyanın Qərbi Yava əyalətinin Bekasi şəhərində qatar qəzası baş verib.

525.az “Antara News”a istinadən xəbər verir ki, “Argo Bromo Anggrek” uzun məsafəli qatarı Bekasi Timur Stansiyasında şəhərətrafı qatarla toqquşub.

Qəza nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





28.04.2026    çap et  çap et