525.Az

Nigeriyada silahlı hücum - 11 nəfər ölüb


 

Nigeriyada silahlı hücum -<b style="color:red"> 11 nəfər ölüb</b>

Nigeriyanın şimal-qərbindəki Katsina ştatında mülki şəxslərə silahlı hücum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Katsina polisinin sözçüsü Abubakar Sadiq-Aliyu ştatın Gurbi kəndində silahlı hücumun baş verdiyini təsdiqləyib.

O qeyd edib ki, hücum zamanı 11 kənd sakini həlak olub, iki nəfər isə yaralanıb.

Sadiq-Aliyu əlavə edib ki, əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib və hücumla bağlı araşdırma başlayıb.

Xatırladaq ki, uzun müddətdir ki, silahlı dəstələr, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror təşkilatları Nigeriyanın müxtəlif bölgələrində hücumlar həyata keçirirlər.

İbrahim Cəfərov

 





29.04.2026    çap et  çap et