525.Az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


 

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib <b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə 525.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

 





28.04.2026    çap et  çap et