525.Az

İsrail ordusu Livanın cənubunda sakinləri evlərini tərk etməyə çağırıb


 

İsrail ordusu Livanın cənubunda sakinləri evlərini tərk etməyə çağırıb<b style="color:red"></b>

İsrail ordusu Livanın cənubundakı Nəbati əyalətində 16 yaşayış məntəqəsinin sakinlərini dərhal təxliyə olunmağa çağırıb.

525.az xəbər verir ki, buna səbəb həyata keçiriləcək hava hücumlarıdır.

Ordu rəsmisi Avihay Edri “X” hesabında bildirib ki, “Hizbullah” döyüşçüləri həmin şəhərlərdən silahlı hücumlar həyata keçirmək üçün istifadə edirlər.

"Terrorçu “Hizbullah” atəşkəsi pozur və biz buna qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də, təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Sayda şəhərinə doğru hərəkət etməlisiniz", - o bildirib.

Əlavə edib ki, "Hizbullah döyüşçülərinin, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatını təhlükəyə atır.

Pərvanə Sultanova

 





28.04.2026    çap et  çap et