525.Az

Azərbaycanda sığorta bazarı 5 faizə yaxın böyüyüb


 

Azərbaycanda sığorta bazarı 5 faizə yaxın böyüyüb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 417 milyon 753 min manat olub.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 33,1% çoxdur.

 





28.04.2026    çap et  çap et