525.Az

Yunanıstanda zəlzələ olub


 

Yunanıstanda zəlzələ olub<b style="color:red"></b>

Yunanıstanda 4.9 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Egey dənizində sahilləri yaxınlığında meydana gəlib.

Bir müddət sonra yenidən zəlzələ olub. 3.5 bal gücündə olan yeraltı təkanlar 7 km dərinlikdə baş verib.

İbrahim Cəfərov

 





29.04.2026    çap et  çap et