525.Az

Türkiyədə zəncirvari qəzada 3 ölü, 5 yaralı


 

Türkiyədə zəncirvari qəzada <b style="color:red"> 3 ölü, 5 yaralı</b>

Türkiyənin Şanlıurfa şəhərində ağır yol qəzası baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Birecik rayonunda 3 avtomobil toqquşub. Zəncirvari yol qəzasında 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Qəza yerinə sağlamlıq, yanğınsöndürmə və təhlükəsizlik qrupları göndərilib. Yaralılar təcili yardım maşınları ilə Birecik Dövlət Xəstəxanasına aparılıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, yaralılardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların isə müalicəsi davam edir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

 





29.04.2026    çap et  çap et