525.Az

Böyük Britaniya kralı III Çarlz ABŞ-da


 

Böyük Britaniya kralı III Çarlz ABŞ-da<b style="color:red"></b>

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp tərəfindən qarşılanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kral və kraliça Britaniya səfirliyində onların şərəfinə təşkil edilən açıq havada ziyafətə qatılıb.

Kral Çarlzın 4 günlük səfəri zamanı prezident Trampla ikitərəfli görüş keçirəcəyi, ABŞ Konqresinin iclasında çıxış edəcəyi və Ağ Evdə rəsmi şam yeməyinə qatılacağı gözlənilir.

ABŞ-a 4 günlük səfəri çərçivəsində kral Çarlz və kraliça Kamilla daha sonra 11 sentyabr xatirəsini ziyarət etmək üçün Nyu-Yorka gedəcək, ardınca isə Virciniyadakı mədəni tədbirlərdə iştirak edəcəklər.

İbrahim Cəfərov

 





29.04.2026    çap et  çap et