525.Az

Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb


 

Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb<b style="color:red"></b>

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

 





29.04.2026    çap et  çap et