525.Az

Şairlər məktəblilərin qonağı olublar


 

Şairlər məktəblilərin qonağı olublar<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliği Bürosunun xəttilə Bakı şəhəri Nizami rayonundakı 328 nömrəli tam orta məktəbdə şairələr Nəzakət, Fərqanə Mehdiyeva, Elnaz Eyvaz ilə görüş keçirilib.

Şair, Büronun rəhbəri Nazim Əhmədlinin də qatıldığı görüşdə qələm adamları orta məktəb şagirdləri və müəllim kollektivi qarşısında çıxış ediblər. Sonra şagirdlərin sualları cavablandırılıb.

Növbəti görüş Nəsimi rayonundakı 240 nömrəli orta məktəbdə keçirilib. Görüşdə şairlər Elməddin Eltac və Gülnar Səma iştirak ediblər. Tədbirdə vətən, Qarabağ, təbiət mövzulu şeirlər səsləndirilib.

 





24.02.2015    çap et  çap et