Foruma Respublikanın müxtəlif bölgələrini təmsil edən onlarla qadın sahibkar qatılıb.
Tədbir ölkəmizdə beş ildən çoxdur ki, biznes xidmətlərinin təşkili sahəsində peşəkar fəaliyyət göstərən “Credence Group” MMC və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) birgə təşkilatçılığı ilə baş tutub.
Başlanğıcda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əzəi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Güclü qadınlar, sonsuz imkanlar” şüarı altında keçən tədbirin məqsədi qadın sahibkarlığının inkişafına dəstək vermək, biznes mühitində onların rolunu gücləndirmək, eləcə də regionlarda yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına şərait yaratmaq olub.
Forumun işində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, tanınmış rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Destec Group”un İdarə Heyətinin sədri Sakit Səmədov, “EP” MMC və “Gəncə ABAD” İTB-nin təsisçi direktoru Pəri Eyyubova, yazıçı -publisist Nüşabə Məmmədli iştirak edib və öz təbriklərini və qadınların sahibkarlıq imkanlarının genişləndirilməsinə dair fikirlərini bölüşüblər.
Qurultayda ASQİB sədri Zemfira Ağayeva yerlərdə qadın iş adamlarının fəaliyyəti və bu istiqamətdə qarşdakı vəzifələrə dair çxış edib. O, qadın sahibkarlarımızın ölkənin iqtisadi inkişafına töhfələri və onlara göstərilən dövlət qayğısından danışıb.
Tədbirin gedişində bir qrup sahibkar xanımlara Fəxri Diplomlar təqdim olunub.
İncəsənət ustalarının çıxışları da görüşə xöş ahəng qatıb.

Zakir Muradov,
Gəncə
çap et