525.Az

Azərbaycandakı kredit ittifaqlarının zərəri 4 dəfə azalıb


 

Azərbaycandakı kredit ittifaqlarının zərəri 4 dəfə azalıb<b style="color:red"></b>

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,7 milyon manat zərərlə başa vurub.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 dəfə azdır.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,6 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,3 milyon manat (25 % az), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (2 dəfə az) təşkil edib.

 





29.04.2026    çap et  çap et