525.Az

Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?


 

Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?<b style="color:red"></b>

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək. 

525.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Kişilər 

-60 kq
Murad Muradlı

-66 kq
Nizami İmranov
İslam Rəhimov

-73 kq
Rəşid Məmmədəliyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

 





29.04.2026    çap et  çap et