Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsinin reabilitasiya xidmətlərindən ötən dövrdə əlilliyi olan 3722 şəxs faydalanıb.
525.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü il dekabrın 1-də fəaliyyətə başlayan bu məntəqə bölgənin əlilliyi olan sakinlərini ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.
Eyni zamanda, bu kateqoriyaya aid şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər.
İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400 şəxsə 8 min reabilitasiya vasitəsi verilib.
çap et