525.Az

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat alıb


 

AFFA rəsmisi “Barselona”nın oyununa təyinat alıb<b style="color:red"></b>

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

525.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.

 





29.04.2026    çap et  çap et