525.Az

Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb


 

Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Maliyyə Nazirliyi 49 təşkilatda nəzarət tədbirlərini yekunlaşdırıb.

525.az nazirliyə istinadla xəbər verir ki, birinci rübdə nəzarət tədbirləri çərçivəsində 83,7 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin isə ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.

Nəzarət tədbirlərinin 27-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 22-si isə plandankənar yoxlamalar əsasında aparılıb.

 





29.04.2026    çap et  çap et