“2025-ci ildə Ermənistan silahlı qüvvələrində xidmətlə bağlı 9 ölüm halı qeydə alınıb”.
525.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Anna Vardapetyan bildirib.
Onun sözlərinə görə, ölənlərin 6-sı müddətli hərbi qulluqçu, 2-si sərhəd qoşunlarının əsgəri, 1 nəfəri isə müqaviləli əsgər olub. 2024-cü ildə xidmətlə bağlı 27 ölüm halı qeydə alınıb.
Baş prokuror deyib ki, ötən il orduda dörd intihar hadisəsi qeydə alınıb, bir hadisə vəzifə səhlənkarlığından, daha biri isə tibb işçisinin peşə vəzifələrini lazımınca yerinə yetirməməsi səbəbindən baş verib. Bundan əlavə, bir hərbçi ildırım vurması nəticəsində, ikisi isə xəstəlikdən ölüb.
Pərvanə Sultanova
çap et