525.Az

Rusiyada qar uçqunu - 6 nəfər ölüb


 

Rusiyada qar uçqunu -<b style="color:red"> 6 nəfər ölüb</b>

Rusiyanın Buryutiya Muxtar Respublikasında mədən sahəsində yol tikintisi işləri zamanı qar uçqunu baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində 9 işçi qar altında qalıb. Onlardan üç nəfəri xilas ola bilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin 60-a yaxın əməkdaşı qar altında qalan 6 işçinin axtarışına başlayıb. Gün ərzində davam edən axtarış-xilasetmə əməliyyatları zamanı daha bir uçqun baş verib, lakin xilasetmə qrupları bundan xilas ola biliblər. Sonradan uçqun altında qalan 6 işçinin cəsədi tapılıb.

Rusiya İstintaq Komitəsi və Buryutya Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

İbrahim Cəfərov

 





30.04.2026    çap et  çap et